ÇL: Almaniya klubunun şansı 3,7 faizdir – Superkompüterə görə

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bayern” doğma meydanda “İnter”i qəbul edib.

Vensan Kompaninin yetirmələri evdə 1:2 hesabı ilə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra “Opta” superkompüteri Almaniyanın klubunun hazırkı Çempionlar Liqasını qazanmaq şanslarını dəyərləndirib.

“Bayern”in qələbə ehtimalı cəmi 3,7 faizdir. Ümumi reytinqdə Münhen komandası “Aston Villa”, Dortmund “Borussiya”sı və “Real”ı qabaqlayaraq, dördüncü yerdədir.

“İnter”lə “Bayern” arasında cavab matçı aprelin 16-da, Milandakı “San Siro”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button