
Kurtua: “İkinci hissədə futbol oynamağı unutduq”
“Real”ın qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la ilk oyunda (0:3) komandasının çıxışını tənqid edib.
Komanda.az “fromthespot.co.uk”-a istinadən xəbər verir ki, belçikalı qapıçı ilk hissədə yaxşı çıxış etdiklərini bildirib:
“İlk hissədə yaxşı çıxış etdik və bir neçə əks-hücumla rəqibə müəyyən təhlükə yaratdıq. Ancaq ikinci hissədə futbol oynamağı unutduq”.
Londonluların heyətində Deklan Rays iki dəfə cərimə zərbəsindən fərqlənib, Mikel Merino isə daha bir qola imza atıb. Cavab oyunu aprelin 16-da Madriddə, “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin