Neymar paltardəyişmə otağına “Betmen” kostyumu ilə girdi – FOTO

“Santos”un hücumçusu Neymar Braziliya çempionatında “Bahia” ilə matçdan əvvəl komandasını dəstəkləməyə gedib. Neymar “Santos”un paltardəyişmə otağına “Betmen” kostyumu ilə gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu paltardəyişmə otağına baş çəkib, komanda yoldaşlarına dəstək olub və ayrılıqda bəzi sözlər deyib. O, paltardəyişmə otağına “Warner Bros” kolleksiyasından olan kostyumda girib. Bu, komiks qəhrəmanının 85 illik yubileyinə həsr olunmuş və 2024-cü ildə buraxılan formadır.

33 yaşlı forvard zədəsini sağaltmaqda davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button