
“Çempionlar Liqasında daha çox adrenalin var”
“Real”ın qapıçısı Tibo Kurtua komandanın UEFA Çempionlar Liqası matçlarına və digər turnirlərə münasibətində fərq olub-olmadığı sualını cavablandırıb.
Komanda.az xəbər verir ki, belçikalı qolkiper oyundan öncə keçirilən mətbuat konfransında ciddi fərqin olmadığını deyib:
“Real” Çempionlar Liqasında dəyişirmi? Məncə, ciddi fərq yoxdur. Belə görünə bilər, çünki Çempionlar Liqası Çempionlar Liqasıdır, daha çox adrenalin var. Ancaq biz hər oyuna ciddi yanaşırıq”.
Karlo Ançelottinin komandası bu gün ÇL-in 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Arsenal”la qarşılaşacaq. Komanda Londona yola düşməzdən bir müddət əvvəl La Liqada evdə “Valensiya”ya məğlub olub (1:2).
“Arsenal” – “Real” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin