“İnter”in aparıcı müdafiəçisi “Bayern”lə matçı buraxacaq

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın iki əsas müdafiəçisi Alessandro Bastoni və Federiko Dimarkonun durumundan danışıb.

Hər iki futbolçunun UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə qarşıdakı matçda iştirakı zədə səbəbindən sual altında qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matç ərəfəsində jurnalistlər İnzaqidən iki müdafiəçinin start heyətində meydana çıxma ehtimalının nə qədər olduğunu soruşublar:

“Onlar oyuna başlaya biləcəklərmi? Bastoni daha çox, bəli. Dimarko isə yox”.

“İnter”in “Bayern”lə səfər matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button