“Sabah”ın futbolçusu 100-ə çatdı

“Sabah”ın futbolçusu Boyan Letiç Premyer Liqada yubiley oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin 100-cü matçı 29-cu tura təsadüf edib.

Bu matçlara yalnız “Sabah”ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb. Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.

Müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button