
Müllerlə niyə yeni müqavilə bağlanılmayıb? – Açıqlama
“Bayern”in direktoru Maks Eberl hücumçu Tomas Müllerlə müqavilənin yenilənməməsinə dair qərarın necə alındığını deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın alınma prosesini belə şərh edib:
“Qərarın maliyyə tərəfi yox idi, bu, idmandır. Noyabr ayında onun agenti ilə danışdıq və hər şeyin yaxşı olduğunu dedik. Sonra agent dərhal dedi ki, mart və ya apreldə yenidən görüşək. Yanvarda mən açıqlama verdim. Bu, mənim üçün ağılsızlıq idi. O vaxt həyəcanlı idim və “Bayern”i Tomas Müllersiz təsəvvür edə bilməzdim.
Sonra gördük ki, Müllerin oyun vaxtı yanvar ayından başlayaraq sürətlə azalmağa başladı. Sonra biz rəhbərlik olaraq bu məsələni öyrənməyə başladıq. Bir anda müqaviləni yeniləməmək haqda qərar verildi və direktorlar şurası ilə razılaşdırıldı. Müller qeyri-adi oyunçudur. Bu qərarın nə qədər çətin olacağını bilirdik. Sonra müşahidə şurası ilə əlaqə yarandı. Nəticədə, razılığa gəldik. Qərar, klubun yayda etmək istədiyi hər şeyi nəzərə alaraq, böyük mənzərəyə əsaslanaraq qəbul edilib”.
35 yaşlı futbolçu mövsümün sonunda Münhen klubunu tərk edəcək.
Bizi Facebook-da izləyin