
Həndbol: Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verildi
Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.
Komanda.az xəbər verir ki, kişilərin yarışında 1-4-cü yerlər uğrunda mübarizə aparan “Azəryol” və “Bakı” komandaları üz-üzə gəlib. Görüş nominal qonaqların 27:21 hesablı qələbəsi ilə nəticələnib.
Qadınların mübarizəsində isə 1-4-cü yerlər uğrunda “Azəryol” “İdman Akademiyası” ilə qarşılaşıb. Bu matçda “Azəryol” rəqibindən üstün olub – 37:22.
Hər iki oyun “AHF Arena”da baş tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



