“Mingəçevir”dən Füzuli Məmmədovla bağlı rəsmi açıqlama

1-ci Liqa təmsilçisi “Mingəçevir” baş məşqçisi Füzuli Məmmədovla bağlı açıqlama yayıb.

Komanda.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:

“Son günlər komandamızın baş məşqçisi Fizuli Məmmədovun postunu tərk edəcəyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. “Mingəçevir” FK olaraq bəyan edirik ki, klub bu ilin yanvarında 3 illik müqaviləyə imza atan Fizuli müəllimin fəaliyyətindən məmnundur və onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button