Vurduğu qolu mərhum qardaşına həsr etdi

İngiltərə çempionatının 30-cu turunda “Mançester Siti” “Lester”i iki cavabsız qolla məğlub edib.

Bu oyunda “şəhərlilər”in ingiltərəli yarımmüdafiəçisi Cek Qriliş də fərqlənməyi bacarıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qriliş qolunu 25 il əvvəl vəfat edən qardaşına həsr edib:

“Düz 25 il əvvəl qardaşım vəfat etdi. Ailəmiz üçün dəhşətli bir gün idi. Bu gün qol vurdum və qolumu ona həsr etmək istəyirəm, xüsusən də, atam və anamın stadionda olması fonunda. Qələbə qazanmaq çox gözəldir”.

Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button