Flik Qarsiyanın İtaliya klubuna keçməsinə mane olub

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsində komandanın müdafiəçisi Erik Qarsiyanı buraxmadığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Qarsiyaya ehtiyacı olduğunu söyləyib və anlaşmaya mane olub:

“Qarsiyaya başqa klubdan təklif gəldi, amma mən ona ehtiyacım olduğunu söylədim”.

İtaliyanın “Komo” klubu ispaniyalı futbolçu üçün “Barselona”ya 7 milyon avro təklif edib. Anlaşma klublar arasında razılaşdırılsa da, Flik buna mane olub.

24 yaşlı Qarsiya bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button