
Uolkerdən Qvardiolaya cavab
“Milan”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın sözlərinə cavab verib.
Daha əvvəl ispaniyalı mütəxəssis Uolkerin artıq “Mançester Siti”nin yox, “Milan”ın futbolçusu olduğunu bildirmişdi.
Komanda.az “Evening News”-a istinadən xəbər verir ki, ingiltərəli oyunçu sadəcə, icarəyə götürüldüyünü deyib:
“Komanda ilə vidalaşan an Pep ayağa qalxdı və mənə çox gözəl sözlər dedi, mənə hər şeyə görə təşəkkür etdi. Amma qulaq asın, bu son deyil. Mən burada sadəcə icarəyə götürülmüşəm” .
Uolker icarə müqaviləsi başa çatdıqdan sonra “Mançester Siti”yə qayıda biləcəyini də istisna etməyib.
34 yaşlı futbolçu bu ilin yanvarında “Mançester Siti”dən “Milan”a keçib. O, bu müddət ərzində 11 matçda iştirak edib.
Bizi Facebook-da izləyin