Mareska “Çelsi”nin uğursuz çıxışının səbəbini açıqladı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın bu mövsüm niyə çöküş yaşadığını açıqlayıb.

Londonlular hazırda Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir. Komanda sabah evdə “Tottenhem”lə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu mövsüm uğursuz çıxışlarının səbəbinin zədələr olduğunu bildirib:

“Bu mövsüm uğursuz çıxışımızın səbəbi zədələrdir. Altı və ya yeddi oyunçumuzu itirdik. Təkcə biz deyilik, oxşar problemlərlə üzləşən digər klublar da çətinliklər yaşadı”.

Mareska ötən ildən “Çelsi”yə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button