Runi “Real”da oynaya bilərmiş

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi 2010-cu ildə “Real”ə keçə bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu özü bu barədə açıqlama verib:

“2010-cu ildə “Mançester Yunayted”ə yeni müqavilə imzalamaq istəmədiyimi və transfer ərizəsi göndərdiyimi bildirəndə, üç klub mənimlə maraqlandı. Tez-tez deyirlər ki, “Mançester Siti” onların arasındadır, amma düzünü desəm, “Real”ın bu təklifləri heç vaxt nəzərə alınmayıb. “Real”ın müqavilə təklifi bir neçə gün idi davam edirdi, amma mənim ağlımda Lionel Messi, Andres İnyesta, Xavi və Serxio Busketslə birlikdə o komandaya necə uyğunlaşa biləcəyim “Barselona” var idi”.

Runi futbolçu karyerasını 2021-ci ildə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button