
Klopp üçün 3 variant
Baş məşqçi kimi son işi yeri “Liverpul” olan Yurgen Klopp karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “TBR Football” nəşri məlumat yayıb.
Karlo Ançelottinin cari mövsümün sonunda “kral klubunu” tərk edəcəyi və yəqin ki, bu yaxınlarda Dorival Junioru qovmuş Braziliya millisini çalışdıracağı gözlənilir. Həmçinin, Braziliya millisi Kloppu təyin etmək variantını da nəzərdən keçirir.
Nəhayət, Yurgen Klopp üçün üçüncü mümkün variant ABŞ millisidir. ABŞ yığmasını hazırda “Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino çalışdırır.
Klopp 2025-ci il yanvarın 1-dən “Red Bull”da qlobal futbol rəhbəridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin