İngiltərə klubu Osimhen üçün 120 milyon avro ayırmağa hazırdır

“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərənin top klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” nigeriyalı forvardın transferində çox maraqlıdır. Klub rəhbərliyi onun üçün 120 milyon avro ayırmağa hazırdır.

Osimhen 2025-ci ilin yayında, “Qalatasaray”la icarə müddəti bitdikdən sonra “Napoli”yə qayıdacaq. Futbolçu Türkiyə çempionatının bu mövsümündə 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button