21 yaşlı qadın Neymardan hamilə qaldığını iddia edir

“Santos”un hücumçusu Neymarın eşq macəraları davam edir.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu sözün əsl mənasında onu aldatmaq istəyən hər cür qızla mübarizə aparmaq məcburiyyətində qalır.

Son olaraq Nayara Macedo adlı bir xanım Neymardan uşaq gözlədiyini iddia edib. 21 yaşlı qız həqiqətən də onun məsuliyyətinə ümid edir, ancaq indiyə qədər potensial ata bu barədə eşitmək belə istəmir və qızın təklif etdiyi DNT testindən imtina edib.

31 yaşlı forvard həyat yoldaşı Bruno Biankardi ilə birlikdə ikinci övladlarını gözləyir və bu, artıq şayiə deyil, tamamilə rəsmi məlumatdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button