
Flikdən təxirə salınmış oyun haqda açıqlama
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın “Osasuna” ilə qarşıdakı oyuna hazır olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, komandanın hazır olduğunu deyib:
“Biz hazırlaşırıq, komanda da hazırdır. Nəzərə almalı olduğumuz yeganə şey futbolçuların fiziki yükü və son bir neçə gündə kimin məşqdə yaxşı çıxış etməsidir. Bunu diqqətdə saxlamağımız lazımdır”.
İspaniya çempionatının 27-ci turunun təxirə salınmış “Barselona” – “Osasuna” oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin