“Bayern”in futbolçusu üçün mövsüm bitdi

“Bayern”in müdafiəçisi Alfonso Deyvis bu mövsümün qalan hissəsində komandadan kənarda qalacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, futbolçu Kanada millisində olarkən dizinin ön çarpaz bağını qoparıb. Zədə onu təxminən altı ay meydandan kənarda saxlaya bilər.

Deyvis daha əvvəl “Real”a getmək ehtimalı ilə bağlı şayiələr fonunda “Bayern”lə müqaviləsini 2030-cu ilə qədər uzadıb. 24 yaşlı müdafiəçi bu mövsüm Münhen klubunun heyətində 31 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Bayern” növbəti matçını martın 29-da “Sent Pauli”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button