
Arda Gülər: “Mühüm rol oynayana qədər dayanmayacam”
“Real”ın yarımmüdafiəçisi Arda Gülər özünü klubda necə hiss etməsindən danışıb.
Türkiyəli futbolçunun Karlo Ançelottinin komandasındakı əvəzedici rolundan narazı olması ilə bağlı mətbuatda davamlı olaraq şayiələr dolaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta Ardanın mümkün gedişi ilə bağlı xəbərlər var, ancaq 20 yaşlı yarımmüdafiəçinin özü əmin edir ki, komandada yer almaq üçün mübarizəni davam etdirəcək:
“Mən “Real” azarkeşlərini sevirəm, onların dəstəyi mənim üçün çox şey deməkdir. Bura mühüm rol oynamaq üçün gəlmişəm və buna nail olana qədər dayanmayacam”.
Arda bu mövsüm “Real”ın heyətində 30 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



