Ukraynalı futbolçu “Mançester Yunayted”in hədəfindədir

“Çelsi”nin vingeri Mixial Mudrik İngiltərənin başqa klubuna keçə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ukraynalı yarımmüdafiəçi ilə müqavilə bağlamaqda maraqlıdır.

“Qırmızı şeytanlar” yayda Mudriki transfer etməyə cəhd edə bilər. Potensial sözləşmə 40-50 milyon avro dəyərində qiymətləndirilir. Transferlə bağlı son qərarı “Mançester Yunayted”in çalışdırıcısı Ruben Amorim verəcək.

24 yaşlı futbolçu londonlulara 2023-cü ilin qışında qoşulub. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2031-ci ilin ortalarına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button