
Feliks İngiltərənin başqa klubuna keçə bilər
“Milan”da icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Joao Feliks karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, portuqaliyalı forvardın transferində “Aston Villa” maraqlıdır.
Birmingem klubu Feliksi daimi olaraq almaq istəyir. Transferə əsas maneə onun yüksək maaşıdır.
25 yaşlı hücumçunun “Milan”la icarə müqaviləsinin müddəti 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



