
“Real”ın müdafiəçisi 2 klubun “radar”ındadır
“Real”ın müdafiəçisi Raul Asensio Avropanın iki top-klubunun maraq dairəsindədir.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, “Liverpul”un və “Milan”ın 22 yaşlı futbolçunun xidmətində maraqlı olduğu bildirilir.
Hər iki klub Asensionun “Real”la müqaviləsini yeniləməyəcəyinə və onların təkliflərinə maraq göstərəcəyinə ümid edir.
Asensio bu mövsüm bütün turnirlərdə 40 matçda meydana çıxıb, 2 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin