
Özbək futbolçuya bahalı avtomobil hədiyyə edilib
Özbəkistan millisinin və “Mançester Siti”nin müdafiəçisi Abdulkodir Xusanova ölkəsində futbol rəsmisi Uluqbek Asanbayev tərəfindən bahalı avtomobil hədiyyə edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçuya “Mercedes-Benz Gelandewagen” markalı avtomobil hədiyyə edilib.
Xusanov qış transfer pəncərəsində “Lill”dən 40 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. O, “şəhərlilər”lə 2029-cu ilin iyun ayının sonuna qədər olan müqavilə imzalayıb.
Özbək müdafiəçi bu mövsüm “Mançester Siti”nin heyətində 8 matçda iştirak edib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



