“Sabah”dan ayrılan futbolçu Serbiya klubunda FOTO
“Sabah” klubu ilə yollarını ayıran Marko Deviçin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, ukraynalı hücumçu “Vozdovaç” klubu ilə razılaşıb. Bu barədə Serbiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Deviç, daha əvvəl 2004/2005 mövsümündə məhz “Vozdovaç”da çıxış edib.
Bundan əlavə karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Rubin” (Kazan, Rusiya), “Rostov” (Rusiya) kimi klublarda forma geyinən Deviç, “Sabah”a ötən ilin yayında, İsveçrənin “Vaduts” komandasından keçmişdi.
Deviç, son mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etdiyi 21 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin