Almaniya millisinin 125 illik yubileyə həsr olunan yeni forması – FOTO

Futbol üzrə Almaniya milli komandası 125 illik yubileyi şərəfinə idman brendi “Adidas”dan yeni forma təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya şirkətinin təqdim etdiyi yeni formada meydan oyunçularının geyimi qara elementlərlə ağ, qapıçının forması isə açıq göy rəngdədir.

Almaniya millisi dörd dəfə (1954, 1974, 1990, 2014) dünya kubokunun və üç dəfə (1972, 1980, 1996) Avropa çempionatının qalibi olub. Komanda həm də tarixində ilk dəfə 2017-ci ildə qazandığı Konfederasiyalar Kubokunun sonuncu qalibidir.

Almaniya millisi hazırda FİFA reytinqində 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button