Polşalı futbolçu “Barselona”dakıları təəccübləndirib

“Barselona”nın yarımmüdafiəçisi Qavi komandanın qapıçısı Voyçex Şesnı haqqında fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, polşalı futbolçunun əla komanda yoldaşı olduğunu deyib:

“Şesnı gözəl insandır, bunu həm meydanda, həm də meydandan kənarda hiss edə bilərsiz. O, komandadakı hər kəsi müsbət mənada təəccübləndirdi. O, həmişə hamıya kömək etməyə çalışır, əla komanda yoldaşıdır”.

2024-cü ilin avqustunda təqaüdə çıxdığını elan edən Şesnı oktyabrda Kataloniya klubunun heyətinə qoşulub. 34 yaşlı qolkiper “Barselona”nın heyətində 15 oyun keçirib, 14 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button