
ÇL: “Bu, fantastik matç idi”
“Borussiya”nın (Dortmund) baş məşqçisi Niko Kovaç komandasının “Lill” üzərində səfər qələbəsini (2:1) və Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:
“Bütün 90 dəqiqə ərzində oyuna nəzarət etdik. Bu, fantastik matç idi. Beş dəqiqədən sonra 0:1 hesabı ilə geridə idik, lakin komandam xarakter nümayiş etdirdi, xüsusən də, birinci hissədə. Biz aqressiv idik və çoxlu şanslar yaratdıq”.
“Borussiya” və “Lill” arasında Almaniyada keçirilən 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. Komanda Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin