ÇL: “Biz hələ də şok vəziyyətindəyik”

“Atletiko”nun müdafiəçisi Kleman Lanqle komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindəki çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu hələ də şok vəziyyətində olduqlarını söyləyib:

“Biz hələ də şok vəziyyətindəyik. Başdan sona qədər gözəl oyun nümayiş etdirdik. Artıq toparlanmalıyıq, amma bu ağır zərbədir. Düşünürəm ki, bütün komandamız, klubumuz, azarkeşlər naminə qələbəyə layiq idik.

Oyunu yaxşı idarə edən komandaya qarşı çox yaxşı başladıq. Başdan sona hər şey ilk matçda olduğu kimi çox rahat keçirdi. Sonda penaltilər seriyası çatdı, burada hər şey hər iki tərəfə də dəyişə bilər. Bu oyunda bəxtimiz gətirmədi.

Önümüzdəki günlərdə vurulan zərbənin öhdəsindən gələcəyik. Görməli çox işimiz var. Mövsüm bu gün bitmir. Oynamaq üçün vacib hədəflərimiz var”.

Dieqo Simeonenin komandası cavab matçında “Real”a penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırıb (1:0, pen. 2:4, ilk oyun – 1:2).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button