
Arteta: “Təəssüf ki, yenə qalib gələ bilmədik”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSV ilə cavab oyununda 2:2 hesablı heç-heçədən danışıb.
“Topçular” keçən həftə Eyndhovendə 7:1 hesablı qələbə qazanmışdılar, buna görə də cavab oyunu intriqadan məhrum idi.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyuna yaxşı başladıqlarını deyib:
“Yaxşı başladıq, erkən qol vura bildik, iki dəfə önə keçdik, amma təəssüf ki, yenə qalib gələ bilmədik. Gördüyünüz kimi, ikinci hissədə komanda yorğun idi, bizdə birlik çatışmırdı. Amma yenə də xoşbəxtik, çünki istədiyimizə nail olduq. Mən şadam ki, təcrübəyə ehtiyacı olan bəzi oyunçulara şans verə bildim”.
“Arsenal” 1/4 finalda “Real”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



