Anri braziliyalı futbolçunu “qızıl top”a əsas namizəd sayır

“Barselona”nın sabiq hücumçusu Tyerri Anri komandanın vingeri Rafinyanın “qızıl top”a namizəd olmaq şanslarından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun hazırda çox üstün olduğunu düşünür:

“Rafinya indi mənim üçün hamını qabaqlayır. O, Çempionlar Liqasında 11 qol vurub. Məhəmməd Salah böyük namizəddir, Harri Keyn namizəddir, Osman Dembele ehtimaldır… Çempionlar Liqasında yaxşı çıxış edirsənsə və liqanı da qazanırsansa, şübhəsiz ki, şansın var. Rafinya indi çoxlu qol və cəmi bir penalti ilə özünün ən yaxşı formasındadır. Mən demirəm ki, Keyn və ya Premyer Liqada bir daha görməyəcəyimiz bir mövsüm keçirən Salah penalti vurmasın, amma bir oyunçu hamı kimi çox qol vursa da, penalti vurmasa…

Bu barədə bir az daha danışmaq lazımdır. Rafinya pressinq zamanı müdafiədən başlayaraq nələr edir… Çünki tam hücumçu olanda həm də müdafiəni, müdafiəçilərə kömək etməyi, yaxşı pressinq etməyi bacarmalısan. Etməli olduğun çox şey var və Rafinya bunların hamısını edir”.

28 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 41 matçda iştirak edib, 27 qol vurub, 19 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button