
“İnter” cəzalandırmağı bilən klubdur”
UEFA Çempionlar Liqasının 1/8 final mərhələ oyunları davam edir.
“Feyenoord” yenidən “İnter”ə uduzaraq (1:2; ilk oyun 0:2) mübarizəni dayandırıb. Bununla belə, Niderland klubunun baş məşqçisi Robin van Persi komandasının oyunundan razıdır.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı oyunun nəticəsini belə şərh edib:
“Biz bunun asan olmayacağını bilirdik, ancaq bu stadionda göstərdiklərimizlə fəxr edə bilərik. Biz xarakter, enerji və keyfiyyətlə oynadıq. Bizim də şanslarımız oldu, amma “İnter” cəzalandırmağı bilən klubdur. Düzünü desəm, mən futbolçulardan bugünkündən çox şey istəyə bilməzdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin