“Barselona”nı sevindirən xəbər
“Barselona”nın zədəli futbolçusu Lionel Messi sağalıb.
Komanda.az xəbər verir ki, argentinalı oyunçu artıq komandayla birgə məşqlərə başlayıb. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.
Bir müddət əvvəl zədələnən Messi, “Barselona”nın La Liqanın ilk turunda “Atletik”ə məğlub olduğu matçda (0:1) iştirak etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin