
Millinin bombardiri xəstəxanaya yerləşdirilib – Ürəyində problem yaranıb
“Əl-Hilal”ın və Serbiya millisinin hücumçusu Aleksander Mitroviç dünən Ər-Riyadda xəstəxanaya yerləşdirilib.
30 yaşlı forvard bud nahiyəsindən zədə aldıqdan sonra keçən həftə komandanın sıralarına qayıdıb, martın 7-də, Pro Liqanın 24-cü turunda “Əl-Faica” ilə matçda (2:0) fərqlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu dünən səhər həddindən artıq fiziki gərginlik nəticəsində ürək döyüntüsü sürətləndiyi üçün Ər-Riyaddakı xəstəxanaya aparılıb. Ona tam istirahət etmək tövsiyə olunub.
Mitroviç 59 qolla Serbiya millisi tarixinin bombardiridir. O, bu mövsüm “Əl-Hilal”ın heyətində 25 matçda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



