Rüdiger də Səudiyyə Ərəbistanı çempionatına üz tutacaq

“Real”ın müdafiəçisi Antonio Rüdiger gələcək planlarını açıqlayıb.

Komanda.az “Onefootball”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu “kral” klubu”nda 2026-cı ilin yayına qədər qalmağı planlaşdırır. Bu müddət onun Madrid klubu ilə müqaviləsinin bitmə vaxtıdır. Bundan sonra 32 yaşlı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyi nəzərdən keçirəcək.

Rüdiger cari İspaniya çempionatında 24 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button