“Barselona” “Real”ın qapıçısının transferini müzakirə edib

“Real”ın ikinci qapıçısı Andrey Lunin “Barselona”nın diqqətini çəkib.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta bu yaxınlarda ukraynalı qapıçının agenti ilə görüşüb və onun mümkün transferini müzakirə edib.

Luninin nümayəndəsi bildirib ki, futbolçu hələlik “Real”dan ayrılmağı düşünmür. Madridlilər də onu əsas rəqibinə birbaşa satmaq istəmir.

26 yaşlı qolkiper bu mövsüm 9 matça çıxıb və 12 qol buraxıb. Daha əvvəl “Mançester Yunayted”im də daha onunla maraqlandığı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button