PSJ isveçli hücumçu üçün danışıqlara başlayıb

“Nyukasl”ın hücumçusu Aleksander İsak karyerasını PSJ-də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərənin “Topskills Sports” nəşri məlumat yayıb.

Məlumata görə, PSJ isveçli hücumçunun transferi ilə bağlı artıq “sağsağanlar”la danışıqlara başlayıb. Paris klubunun İsaki almaq üçün hər cür səy göstərməyə hazır olduğu deyilir. Həmçinin, PSJ “Nyukasl”a Qonçalo Ramos, Marko Asensio və ya Randal Kolo-Muanini mübadilə üçün təklif etməyə hazırdır.

25 yaşlı isveçli forvard bu mövsüm bütün turnirlərdə 31 matçda meydana çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı İsakın dəyərini 75 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button