
ÇL: “Komandam xarakter sayəsində qələbə qazandı”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasının 1/8 finalında Belçika “Brügge”si ilə cavab oyunu üçün komandasının planını açıqlayıb.
İlk qarşılaşmada Birmingem komandası 3:1 hesablı qələbə qazanıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin gücünü qeyd edib və komandasının xarakter sayəsində qələbə qazana bildiyini deyib:
“Rəqib çox güclü idi. Komandam xarakter sayəsində qələbə qazandı. Yeni oyun planımız olacaq, meydanda dominantlıq etməyə çalışacağıq”.
Komandalar arasında cavab oyunu martın 12-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



