
“Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm” – Berdiyev
“Turan Tovuz”un baş məqşçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Zirə” kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. “Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm.
Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



