Reşford “Mançester Yunayted”ə qayıtmaya bilər

“Aston Villa”da icarədə olan “Mançester Yunayted”in hücumçusu Markus Reşford daimi olaraq Unay Emerinin komandasında qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçunun tam müqaviləsinin alınmasının dəyəri 48 milyon avrodur.

Reşfordun icarə müqaviləsi bu mövsümün sonuna qədər nəzərdə tutulub. O, İngiltərə çempionatının bu mövsümündə “Aston Villa”nın heyətində 4 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button