
Mahirin qayıdışı “Nürnberq”ə düşərli olmadı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu komanda 24-cü turda “Hannover”i qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1. Emreli bu görüşün 78-ci dəqiqəsində meydana daxil olub.
Azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin