
Uruqvay millisinin üzvü İspaniya klubuna keçə bilər
Uruqvay millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte İspaniya çempionatına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “Atletiko” maraqlıdır.
Madridlilərin baş məşqçisi Dieqo Simeoneni Uqartenin oyun tərzi cəlb edir. Argentinalı mütəxəssis onu transfer hədəflərindən biri kimi görür. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Uqartenin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, Premyer Liqanın cari mövsümündə 20 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin