
Portuqaliyalı baş məşqçi “Arsenal”dan necə xal aldıqlarının “sirr”ini açdı
“Nottingem Forest”in baş məşqçisi Nuno Espirito Santo “Arsenal”la qarşılaşmadakı oyun planı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az TNT-yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunun gedişində beşli müdafiəyə qayıtmadıqlarını deyib:
“Biz beşli müdafiəyə qayıtmadıq, çünki “Arsenal”ın hücumçusu yoxdur”.
İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest” – “Arsenal” oyunu heç-heçə başa çatıb. 90 dəqiqə ərzində komandalar fərqlənə bilməyib.
“Nottingem Forest” martın 3-də, İngiltərə kubokunun 1/8 final mərhələsində evdə “İpsviç”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin