Sabiq futbolçu Fernandesi kapitanlığa layiq görmür

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın hazırkı kapitanı Bruno Fernandeslə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, irlandiyalı sabiq oyunçu, portuqaliyalı yarımmüdafiəçinin kapitan roluna uyğun olmadığını düşünür:

“Fernandes komandaya lazım olan kapitan deyil. O, istedadlı oyunçudur, ancaq bu kifayət deyil. Bizə komandaya rəhbərlik edəcək futbolçu lazımdır. Kapitan üçün təkcə istedad kifayət deyil”.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm 26 matçda meydana çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası Premyer Liqanın 27 turundan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button