Kazemiro “Mançester Yunayted”i tərk etmək istəmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandasını dəyişmək istəmir.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu satışa çıxarılacaq namizədlərdən biri hesab olunur, ancaq onu köçməyə razı salmaq asan olmayacaq.

Kazemiro ona indiki qazancı ilə müqayisə oluna biləcək maaş təklif edilməsə, heç yerə getməyəcək. O, “Mançester Yunayted”də həftədə 350 min funt-sterlinq (420 min avrodan çox) qazanır. Çox güman ki, braziliyalı yarımmüdafiəçi hazırkı müqaviləsinin sonuna qədər (2026-cı ilin ortalarına kimi) “qırmızı şeytanlar”da qalacaq və bundan sonra azad agent kimi komandanı tərk edəcək.

Kazemiro 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button