
“Gəncə” “Sumqayıt”ı səfərdə məğlub edib
Azərbaycan Basketbol Liqasının 15-ci turunda “Gəncə” “Sumqayıt” səfərində qələbə qazanıb.
Komansa.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.
Turun əvvəlki qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, “Ordu” isə “Quba”nı 103:68 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



