“İnter Mayami”nin Messini “Barselona”ya buraxmaq üçün bir şərti var

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messini “Barselona”ya buraxmağa hazır olub-olmadığı məlum olub. Bundan əvvəl kataloniyalıların Messini geri qaytarmaq üçün bir neçə futbolçunu satmaq niyyətində olduğu barədə məlumatlar yayılıb.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “İnter Mayami” 37 yaşlı argentinalı forvardı “Barselona”ya icarəyə verməyə hazırdır. Ancaq bir şərtlə ki, oyunçu klubla müqavilə müddətini 2027-ci ilin sonuna qədər uzatsa. Messinin Amerika klubu ilə hazırkı müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.

Messi 2023-cü ilin iyunundan “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 42 oyun keçirib, 36 qol vurub və 20 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button