
Azərbaycan qılıncoynadanları Avropa birinciliyində 15-ci yerə çıxdılar
Azərbaycan qılıncoynadanları Türkiyənin Antalyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 15-ci yerə çıxıblar.
Komanda.az xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət millimiz ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.
Ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə qüvvəsini sınayıb.
Fransa yığmasına 37:45 hesabı ilə uduzan yığma isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.
Komanda 15-ci yer uğrunda keçirilən qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin