
Əliyevin komandası Albaniya kubokunda yarımfinala yüksəlib
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya kubokunda yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 1/4 finalda “Bilis” ilə qarşılaşan Rroqojine təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.
Komanda ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.
90 dəqiqə meydanda olan Zamiq Əliyev 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin