
PFL-in icraçı direktoru “Fiorentina”nın oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma martın 6-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



